
Bolqarıstanın baş məşqçisi: "Azərbaycan bizi heç nə ilə təəccübləndirmədi"
Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Todor Yançev AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 7-ci turunda Plovdivdə Azərbaycanla qolsuz heç-heçə haqda danışıb.
Sportal.az “Dsport”a istinadən xəbər verir ki, bolqar mütəxəssis yığmamız barədə də fikirlərini bildirib:
"İdman xoşbəxtliyi yetəri qədər deyildi. Nəyin bahasına olursa-olsun qalib gəlməli idik, amma oyunumuzu göstərə bilmədik. Rupanov meydana çıxdıqdan sonra daha yaxşı oynadıq. On nəfərlə oynasaq da, yenə də şansımız var idi. Matçdan əvvəl üç oyunçumuz xəstələnmişdi. Buna yalnız təəssüflənə bilərik. Azərbaycan heç nə ilə təəccübləndirmədi. Komandamız həmişə qalib gəlmək üçün oynayır və sona qədər şanslarımız var idi, amma şans bizim tərəfimizdə deyildi".



