
"Kristiano Ronaldo mənə futboldan kənarda da həyatı öyrədir"
Francisko Konseysao Portuqaliya millisinin liderləri barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Yuventus"un poruqaliyalı futbolçusu öz açıqlamasında bunları qeyd edib:
“Bizim çox sayda top oyunçularımız var. Bruno Fernandes inanılmaz futbolçudur, o, həm "Mançester Yunayted", həm də milli komanda üçün əlindən gələni edir. Liderlik keyfiyyətləri və unikal xüsusiyyətləri ilə bizə çox kömək edə bilər və ümid edirəm ki, qələbə qazanmağımıza töhfə verəcək.
Mənim Kriştiano Ronaldo ilə yaxşı münasibətim var, o, həmişə məsləhət verməyə hazırdır. Onun kim olduğunu nəzərə alsaq, bu məsləhətlər çox dəyərlidir. Onunla eyni paltardəyişmə otağında olmaqdan məmnunam. O, mənə futboldan kənarda da vacib şeyləri öyrədir. Məsələn, ailənin əhəmiyyəti, qidalanma, həyat tərzi və bərpa prosesi.
Ən yüksək səviyyəyə çatmaq üçün çox şeydən keçmək və qurban vermək lazımdır”, – deyə Konseysao bildirib.



