
"Qalatasaray"ın yarımmüdafiəçisi Braziliya millisində zədələndi
1
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara sıradan çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Braziliya milli komandasının düşərgəsində sol ayağının topuğundan zədələnib. Onun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.



