
"Tottenhem"in yeni baş məşqisi müəyyənləşdü
0
"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, London təmsilçisini Roberto De Zerbi çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Premyer Liqa klubu italiyalı mütəxəssislə bütün şərtlərdə razılıq əldə edib. Yaxın zamanda onunla 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Roberto De Zerbinin son iş yeri "Marsel" olub. 46 yaşlı çalışdırıcı fevralda istefaya göndərilib. "Tottenhem" isə İqor Tudorla yollarını ayırıb.



