
"Qalatasaray"la "Yuventus" transferdə rəqib oldular
0
"Atletiko" mövsümün sonunda Tiaqo Almadanı satmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi argentinalı vinger üçün gələn təklifləri dəyərləndirəcək. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Almada ilə iki klub yaxından maraqlanır. Bunlar "Yuventus"la "Qalatasaray"dır. İspaniya klubu 24 yaşlı oyunçuya 25 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Atletiko" Tiaqo Almadanı mövsümün əvvəlində "Botafoqo"dan 21 milyon avroya transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



