"Bolqarıstana qalibiyyət üçün gəlmişik" -    yığma komandamızın müdafiəçisi

"Bolqarıstana qalibiyyət üçün gəlmişik" - yığma komandamızın müdafiəçisi

 
0

"Bilirdik ki, Portuqaliyaya qarşı çətin oyun olacaq. Onların gücü də hamıya məlumdur. Birinci hissə yaxşı mübarizə apardıq. İkinci hissə daha tez qol buraxdıq. O qol da bizi həvəsdən saldı. Hesabı bərabərləşdirib, qol vurmaq istədik. Amma əfsuslar olsun ki, alınmadı, növbəti qolları buraxdıq. Sonda da uduzduq. Düzdür, Portuqaliyada da ilk hissəni 0:0 oynamışdıq. Orada da yaxşı mübarizə aparmışdıq. Rəqibim keyfiyyətinə onsuz da hamıya məlumdur. Həm də, topsuz oynayanda istər-istəməz daha çox yorulursan. Bu da təsir edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında U-21 yığma komandamızın müdafiəçisi Rüfət Abbasov deyib.

O, AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliyaya qarşı Bakıda(0:4) keçirilmiş görüşü haqda danışıb. Bununla yanaşı, Abbasov bu gün Plovdiv şəhərində baş tutacaq Bolqarıstana qarşı matçdan gözləntilərini bölüşüb:

"Bolqarıstana qarşı ağır oyun olacağı dəqiqdir. Çünki onlar da yaxşı komandadır. Məşqçilər korpusumuz rəqibi analiz edib və bizə tapşırıqlarını veriblər. Bolqarıstana qələbə üçün gəlmişik. Allah qoysa, bunu reallaşdıra bilərik. Bəli, bir qələbə qazanaraq, daha yuxarı pilləyə yüksələ bilərik. Biz də bunu edəcəyik. Meydana qalibiyyət üçün çıxacağıq. Komandamıza inanıram. Ümidvaram ki, istədiyimiz nəticəni əldə edə biləcəyik".

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...