
"Milan" 19 yaşlı hücumçu transfer etdi
0
İtaliyanın "Milan" yeni mövsüm üçün hücum xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Partizan"da çıxış edən Andrey Kostiçin keçidini həll edib.
"Qırmızı-qaralar" monteneqrolu forvard üçün Serbiya klubuna 3,5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı hücumçu 1 iyul tarixində "Milan"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Partizan" Andrey Kostiçi mövsümün əvvəlində "Podqoritsa"dan 900 min avroya transfer edib. Monteneqro millisinin üzvü Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



