Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi

 
0

Qana Futbol Assosiasiyası (GFA) milli komandanın baş məşqçisi Otto Addo ilə yollarını ayırmaq qərarına gəlib.

Sportal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat verib. Addonun rəhbərliyi altında milli dünya çempionatına vəsiqə qazanıb.

Bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək turnirdə Afrika komandası L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə oynayacaq.

Dünən isə Qana Ştutqartda keçirilən yoldaşlıq oyununda Almaniyaya məğlub oldu (1:2).

PaylaşPaylaş

Şərhlər yüklənir...