Avropa kubokunda Azərbaycanın cüdoçuları yarışacaq

Avropa kubokunda Azərbaycanın cüdoçuları yarışacaq

 
0

Aprelin 4-də Gəncədə start götürəcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.

Sportal.az xəbər verir ki, Gəncə İdman Sarayında iki gün davam edəcək yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.

Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları gücünü sınayacaq.

Ölkəmiz turnirdə 100-dən çox cüdoçu ilə təmsil olunacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...