
Lukaku klubun tələbinə məhəl qoymadı - məşqlərə qatılmır
"Napoli"nin hücumçusu Romelu Lukakunun ətrafında növbəti qalmaqal baş qaldırıb.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu Lukaku klubun İtaliyaya qayıtmaq tələbinə məhəl qoymayıb və komandanın bugünkü məşqini buraxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bu addım Neapol klubunun rəhbərliyinin dərhal reaksiyasına səbəb olub. Rəhbərlik intizam tədbirlərinin tətbiqini nəzərdən keçirir. Həmçinin Lukakunun əsas komandanın heyətindən kənarlaşdırılması ehtimalını da dəyərləndirir.
Lukaku ötən həftə milli komandaların oyunları üçün verilən fasilə zamanı klubun bazasında məşqlərə qatılmayıb. 32 yaşlı forvard Belçikada fərdi məşq edəcəyini bildirsə də, bu qərar klub rəhbərliyi ilə razılaşdırılmayıb.
Qeyd edək ki, Romelu Lukaku cari mövsümdə 7 oyunda iştirak edib və 1 qol vurub. Təcrübəli hücumçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb.



