"Barselona"ya geri qayıtmaq imkanı yaranarsa, imtina etmək çətin olardı"

"Barselona"ya geri qayıtmaq imkanı yaranarsa, imtina etmək çətin olardı"

 
0

“Çelsi” və İspaniya millisinin müdafiəçisi Mark Kukurella gələcəkdə "Barselona"ya geri qayıtmağı düşündüyünü etiraf edib.

Sportal.az xəbər verir ki, “The Touchline”ə danışan 27 yaşlı müdafiəçi Kataloniya təmsilçisi barədə danışıb.

Kataloniyanın “La Masia” akademiyasının yetirməsi olan 27 yaşlı futbolçu qeyd edib ki, İngiltərədə rahat həyat sürməsinə baxmayaraq, vətəni ilə əlaqələri prioritet olaraq qalır:

"Barselona”ya qayıtmaq? İspaniya həmişə İspaniyadır. Mən həmişə geri qayıtmağı düşünürəm, amma bunu illərlə təxirə salardım. Hazırda İngiltərədə xoşbəxtəm. Fürsət yaranarsa, imtina etmək çətin gələrdi. Bunu yaxşıca düşünməliyəm. Əgər baş verərsə, deməli, baş verəcək”.

Xatırladaq ki, Kukurella 2018-ci ildə "Barselona"dan ayrılıb və əsas komandada yalnız bir rəsmi oyunda - "Mursiya"ya qarşı Kral Kuboku qələbəsində iştirak etmişdi. "Eybar", "Xetafe" və "Brayton"da uğurlu çıxış etdikdən sonra ispaniyalı 2022-ci ilin avqustunda "Çelsi"yə keçmişdi. Müdafiəçinin London klubu ilə hazırkı müqavilə müddəti 2028-ci ilin iyun ayına qədərdir.

PaylaşPaylaş

Şərhlər yüklənir...