"Şəmkir"ə texniki məğlubiyyət verildi

"Şəmkir"ə texniki məğlubiyyət verildi

 
0

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda II Liqadaa baş vermiş qayda pozuntuları ilə bağlı qəbul edilmiş qərarlar açıqlanıb:

II Liqa XVII tur

9 mart 2026-cı il tarixində II Liqada XVII turun “Şirvan” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

9 mart 2026-cı il tarixində keçirilməli olan II Liqada XVII turun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 58.3, 77.1, 88, 94)

10 mart 2026-cı il tarixində II Liqada XVII turun “Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

10 mart 2026-cı il tarixində II Liqada XVII turun “Ağdaş” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin.

PaylaşPaylaş

Şərhlər yüklənir...