Qazaxıstan klubu "Sabah"ın qapıçısını istəyir -    klubun direktoru açıqladı

Qazaxıstan klubu "Sabah"ın qapıçısını istəyir - klubun direktoru açıqladı

 
0

“Sabah”ın qolkiperi Stas Pokatilov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Sportal.az “AmanVibe”a istinadən xəbər verir ki, təcrübəli qapıçıya “Aktobe”dən təklif gəlib. Qazaxıstan yüksək liqasının təmsilçisi Pokatilov üçün hərəkətə keçib.

Bu barədə klubun idman direktoru Marat Xayrullin məlumat verib. O, Stasla maraqlandıqlarını etiraf edib:

“Qapıçı namizədlərimiz var. Şəxsən “Sabah”ın futbolçusu olan Stas Pokatilovla danışmışam. Amma o, hazırda oynayır və klubla müqaviləsi var, komandasının da kapitanıdır”.

PaylaşPaylaş

Şərhlər yüklənir...