Azərbaycanlı idmançı Avropa çempionatında medal qazandı

Azərbaycanlı idmançı Avropa çempionatında medal qazandı

 
0

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 5 çəki dərəcəsində medalçılar müəyyənləşib.

Azərbaycanın 5 təmsilçisi medal qazanıb.

Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) finalda uduzaraq gümüş mükafatla kifayətlənməli olub.

Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medala sahib çıxıb.

Millimizin digər 3 üzvü - Ceyhun Allahverdiyev (61 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) finala vəsiqə qazanıb.

Ağanəzər Novruzov (74 kq) və Vasif Xudiyev (86 kq) isə bürünc mükafat uğrunda yarışacaq.

Bu gün, həmçinin Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) döşək üzərinə çıxacaqlar.

Qitə birinciliyi martın 15-də yekunlaşacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...