"Sabah"ın legioneri: "Bunu oyundan sonra bildim"

"Sabah"ın legioneri: "Bunu oyundan sonra bildim"

 
0

“Sabah”ın nigeriyalı futbolçusu Cessi Sekidika Misli Premyer Liqasının 23-cü turunda "Qəbələ" üzərində 7:1 hesablı qələbə haqda danışıb.

Sportal.az saytına danışan futbolçu 100-cü görüşündə qol vurmasınını bu cür şərh edib:

“Əla oyun keçirdik və yaxşı nəticə göstərdik. Bu, mənim üçün 100-cü oyun idi. Amma bunu oyundan sonra bildim. Yubiley oyununda qol vurduğum üçün şadam. Amma bu, bütün komandamızın uğurudur. Biz ortaq bir məqsədə yönəlmişik və buna doğru çalışırıq. Bu ruhda davam etmək vacibdir”.

PaylaşPaylaş

Şərhlər yüklənir...