
Salah "Liverpul"la daha bir rekorda imza atdı - Çempionlar Liqası matçında
0
Muhamed Salah "Liverpul"un heyətində Çempionlar Liqasının 1/8 final mərhələsinin "Qalatasaray"a qarşı ilk oyununa start heyətində çıxıb.
Sportal.az xəbər verir ki, bu, misirli futbolçu üçün seçmə mərhələləri nəzərə alınmadan “Liverpul” forması ilə Çempionlar Liqasında 81-ci oyun olub. Beləliklə, cinah oyunçusu “qırmızılar”ın sabiq müdafiəçisi Ceymi Karraqerin rekordunu (80 oyun) geridə qoyub.
Qeyd edək ki, adətən Çempionlar Liqasındakı qollar, oyunlar və digər statistik rekordlar seçmə mərhələlərinin oyunları nəzərə alınmadan hesablanır. Seçmə mərhələləri də daxil edildikdə isə Salahın “Liverpul”la ÇL-də 83 oyunu, Karraqerin isə 91 oyunu var.



