"Biz bir ailəyik və ailə hər şeydir"    "Qalatasaray" azarkeşlərindən Osimhenə

"Biz bir ailəyik və ailə hər şeydir" "Qalatasaray" azarkeşlərindən Osimhenə

 
0

Viktor Osimhen “Qalatasaray” azarkeşlərinin mesajından çox təsirlənib.

Sportal.az xəbər verir ki, İstanbul klubunun azarkeşləri Çempionlar Liqasındakı “Liverpul” oyunu(1:0) öncəsi tribunada banner açmışdılar. Bannerdə nigeriyalı futbolçu qızı qucağında, kiçik özünü isə əlindən tutmuş halda təsvir olunmuşdu, həmçinin Viktorun iki-üç yaşında ikən dünyasını dəyişmiş anasının şəkli də yer almışdı.

Bannerin altında isə yazılmışdı: “Biz bir ailəyik və ailə hər şeydir.”

Bunu görən Osimhen göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları onu dəstəkləyərək çiyinlərinə toxunmuş və əlini sıxmışdılar.

PaylaşPaylaş

Şərhlər yüklənir...