
"O, "Real"a keçərkən böyük risk etdi" - Platini
Fransa millisinin sabiq yarımmüdafiəçisi Mişel Platini Kilian Mbappenin “Real”a keçidindən sonra meydandakı rolunun necə dəyişdiyi barədə danışıb.
Sportal.az xəbər verir ki, sabiq UEFA prezidenti öz açıqlamasında bunları qeyd edib:
“Kilian Mbappe "Real"a keçərkən böyük risk etdi, üzərinə böyük ümidlər qoyulmuşdu, amma o, çox yaxşı oynayır və çox qol vurur. Kilian indi daha çox hücumları tamamlayan futbolçuya bənzəyir, "Monako"da və ya karyerasının əvvəlində PSJ-ə olduğu kimi pleymeyker deyil. O hücumçudur, mərkəz forvarddır və ondan hücumları başa çatdırmaq tələb olunur. Düşünürəm ki, əvvəllər o, daha çox pleymeyker idi, oyuna indi olduğundan daha çox daxil olurdu. İndi isə tamamilə hücumları tamamlamaya fokuslanıb və məncə, bunda uğurludur. Ola bilsin, ondan həm də ikinci şansları dəyərləndirməsi istənilib. Ümumilikdə, mən Kilian Mbappeyi və onun "Real"dakı qollarını çox bəyənirəm.
O əvvəllər daha çox komanda oyunçusu idi, indi isə ondan daha çox hücumları tamamlaması tələb olunur. Və o bunu həqiqətən yaxşı edir. Mən onu futbolçu kimi sevirəm. O möhtəşəm oyunçudur, bunda heç bir şübhə yoxdur. Mən hesab edirəm ki, o indi hücumları başa çatdırmaqda əvvələ nisbətən daha yaxşı oynayır. Bu məni narahat etmir, sadəcə müşahidəmdir. Mən onun oyununu canlı görməmişəm, yalnız televiziyada izləyirəm, heç vaxt onunla danışmamışam. Biz tanış deyilik. Mən onu yalnız futbolçu kimi qiymətləndirirəm və hesab edirəm ki, o fantastik oynayır”.



