
"Sabah"da ayrılıq - RƏSMİ
0
“Sabah” Namik Ələskərovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.



