
"Barselona" Levandovskini saxlamağı, ispan futbolçunu isə...
0
"Barselona" yayda hücum xəttini yenidən qurmağı planlaşdırır və bu çərçivədə Ferran Torres üzrə təklifləri nəzərdən keçirməyə hazırdır.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, kataloniyalılar məhz Torreslə yolları ayırmağı, Robert Levandovskini isə komandada saxlamağı üstün tutur. Klub hesab edir ki, ispaniyalı futbolçudan gəlir əldə etmək üçün bu yay son real imkandır. Onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Digər tərəfdən, Xuan Laporta daha əvvəl Levandovski ilə müqaviləni uzatmaq istədiyini bildirib, baxmayaraq ki, polşalı hücumçunun hazırkı anlaşması bu yay başa çatır.



