
"Real"ın sabiq hücumçusu Avropaya qayıdacaq
0
"Əl-Qarafa"nın hücumçusu Xoselu gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Qətər klubundan ayrılacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Xoselu klubla mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 36 yaşlı forvard yayda azad agent statusunda olacaq.
Təcrübəli oyunçunun planı Avropaya qayıtmaqdır. Onun xidmətində maraqlı olan klubların olduğu bildirilir.
Qeyd edək ki, Xoselu 2024-cü ilin yayında "Real"dan ayrıldıqdan sonra "Əl-Qarafa"ya keçib. İspaniya millisinin sabiq üzvü cari mövsümdə Asiya təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



