"Borussiya"da ən çox qazanan futbolçu olacaq

"Borussiya"da ən çox qazanan futbolçu olacaq

 
0

"Borussiya" Niko Şlotterbeki uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi almaniyalı futbolçu ilə yeni müqavilə barədə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Şlotterbekin 2027-ci ilin yayında başa çatmalı olan sözləşməsinin müddətini daha 4 il artıracaq. 26 yaşlı mərkəz müdafiəçisi komandada ən çox maaş alan oyunçu olacaq.

Qeyd edək ki, "Borusssiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...