
İtaliya klubu "Qalatasaray"a 10 milyon avro ödəməyə hazırdır
0
"Udineze" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunun transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Zanyolonun performansı məşqçilər korpusunu qane edib. Klub 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İstanbul nəhənginə 10 milyon avroluq satınalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Udineze" Nikolo Zanyolunu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.



