
"Real" evdə uduzdu, azarkeşlərdən bir nəfər üzr istədi- FOTO
0
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə uduzduqları oyuna görə azarkeşlərindən üzr istəyib.
Sportal.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, belçikalı futbolçu matçdan sonra tribunaya yaxınlaşaraq minnətdarlığını və üzrünü bildirən “Real”ın yeganə üzvü olub.
Bundan əlavə, “kral klubu”nun digər oyunçularının görüşdən sonra miks zonalarda mətbuata danışmadığı da qeyd edilib.
“Real” 60 xalla İspaniya çempionatında 2-ci pillədədir. “Barselona" liqaya 64 xalla liderlik edir.



