"Penalti verilməsə də, qol vurduq" -    millimizin baş məşqçisi

"Penalti verilməsə də, qol vurduq" - millimizin baş məşqçisi

 
0

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiyanı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı gündür. Çətin olacağını bilirdik. Çox istəyirdik ki, qalib gələk. Şükürlər olsun ki, üç xal bizim oldu. Buna görə qürurlanırıq. Komandama təşəkkür edirəm. Bəzi dəqiqələrdə düşüşlərimiz oldu. İlk 20 dəqiqədə problemlər çox idi, rəqib daha çox təzyiq edirdi. Səhvlərimiz çox idi. Amma sonradan komanda özünə gəldi və hücumlar qurduq. Necə hazırlaşmışdıqsa, elə də qollar vurduq. Bu da sevindirici haldır. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz də maksimum diqqətli olmalıydıq. Düşünürdük ki, rəqibin səhvi olacaq və ondan yararlanarıq. Şükürlər olsun ki, qızlar sona qədər diqqətli oldular və mübarizə apardılar.

- Növbəti oyun Macarıstana qarşıdır. Komandanı bərpa etmək nə dərəcədə çətin olacaq?

- Tam bərpa etmək çox çətindir. Bəzi oyunçularımız var ki, zədəlidirlər, gələ bilməyiblər. Az futbolçularımız var ki, matçları onların üzərində qururuq. Əlimizdə daha çox oyunçu kütləsi olsa, rotasiya etmək mümkündür. Bu gün ağır oyun oldu. Macarıstana gedəcəyik. Yolumuz var. Əlimizdən gələni edəcəyik ki, qızları oyuna kökləyək. Macarıstanın gücünü bilirik. Bizim üçün çətin olacaq. Macarıstan səfərdə Andorra ilə oynayır. Onlar da səfərdədir.

- Baş hakim rəqibin qapısına bir penalti vermədi və rəqib oyunçuya qırmızı vərəqə göstərmədi. Amma siz o qədər də etiraz etmədiz. VAR-ın olmamasına görə, belə etdiz? Yəni etirazınız fayda verməcəkdi..

- Əslində, etiraz etdik. Sadəcə 4-cü hakim bizə bir neçə epizoddan sonra yaxınlaşdı və dedi ki, sizə vərəqə verəcəm. Mənim də sarı vərəqəm var idi. Etiraz etsək də, baş hakim oyunu davam etdirdi. Məncə də penalti və qırmızı vərəqə var idi. Maraqlısı odur ki, baş hakimin gözünün qarşısında idi. Əsas odur ki, qələbə qazandıq. Penalti verilməsə də, qol vurduq.

- Macarıstan sizin üçün tanış rəqibdir, onlardan bir il öncə bir xal ala bilmişdiniz. Ən azından bunu təkrarlamaq mümkün olacaq?

- Bizim düşüncəmiz Macarıstandan minimum bir xal almaqdır. Əsas Şimali Makedoniyaya ilə matça köklənmişdik. Onlar və Andorra da rəqiblərimizdir. Amma Macarıstan bizim əsas rəqibimizdir. Macarıstan A-dan B-yə, oradan da C səbətinə enib. Bilmirəm orada nə problemlər var ki, düşüş yaşanır. Amma oyunçular çox keyfiyyətlidir, komanda da keyfiyyətlidir. Bəli, macarlardan xal almışdıq. Çalışacağıq ki, minimum həmin hesabı təkrarlayaq. Allah qoysa, ora minimum bir xal üçün gedirik.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...