"Real" "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır

"Real" "Bavariya"ya 160 milyon avro ödəməyə hazırdır

 
0

"Real" yay transfer pəncərəsində heyətini gücləndirmək üçün iddialı planlar hazırlayır.

Sportal.az xəbər verir ki, İspaniya nəhəngi "Bavariya"da çıxış edən Maykl Olise ilə maraqlanır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Kral klubu"nun prezidenti Florentino Peres fransalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. O, 24 yaşlı vingerin transferi üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 15 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...