
Bölgə klubunun futbolçusu mükafatlandırıldı
0
II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Ağstafa Gəncləri" futbol klubunun üzvü Əli Bağırov mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Fevral ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVIII turun "Ağstafa Gəncləri" - "Şirvan" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.



