
"Barselona" danimarkalı müdafiəçiyə müqavilə təklif etdi
0
"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Andreas Kristensenlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaq istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Klub Kristensenə 2 illik müqavilə təklif edib. Yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin hazırkı maaşının ikiqat azaldılması nəzərdə tutulub. Təcrübəli oyunçu təklifi qəbul etsə, komandada qalacaq.
Qeyd edək ki, Andreal Kristensen 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.



