
"Çelsi"də ciddi itki - bir neçə həftə oynamayacaq
0
İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Ris Ceyms sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Liam Rozenyor məlumat verib.
Kapitan ayaq əzələsindən zədə alıb. İngiltərə millisinin üzvünün bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin akademiyasının yetirməsidir. 26 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.



