AFFA-nın və BFF-nin birgə təşkilatçılığı ilə növbəti "D" lisenziyalı məşqçi kursları keçiriləcək

AFFA-nın və BFF-nin birgə təşkilatçılığı ilə növbəti "D" lisenziyalı məşqçi kursları keçiriləcək

 
0

AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun 17-19 mart 2026-cı il tarixlərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə növbəti “D” lisenziyalı məşqçi kursları keçiriləcək.

Sportal.az xəbər verir ki, təcrübəli təlimatçılar müraciət edənlər arasından seçilmiş 25 iştirakçıya nəzəri və praktiki dərslər keçəcək, öz biliklərini onlarla bölüşəcəklər.

Kursun sonunda təlimləri uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyaları veriləcək, tədris və təşkilati işlərdə fərqlənənlərə Bakı Futbol Federasiyasının təşəkkürnamələri təqdim olunacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...