
"Qarabağ"ın "Səbail", "Zirə"nin "Neftçi" qarşısında üstünlüyü
Bu həftə Misli Premyer Liqasının XIV turunun oyunları keçiriləcək. Milli komandaların görüşləri ilə əlaqədar fasilədən sonra baş tutacaq turun matçları üç günü əhatə edəcək.
Sportal.az Peşəkar Futbol Liqasına istinadən üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Misli Premyer Liqası
XIV tur
22 noyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan” - 9 oyun, +6=0-3, top fərqi – 20-9
“Araz-Naxçıvan” son üç oyunda qol vurub. “Kəpəz” evdəki bütün matçlarda qol sevinci yaşayıb.
23 noyabr (şənbə)
“Səbail” – “Qarabağ” - 28 oyun, +3=2-23, top fərqi – 15-62
“Qarabağ” bütün görüşlərdə qol vurub. “Səbail” son 4 qarşılaşmada xal qazanmayıb.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
“Neftçi” – “Zirə” - 35 oyun, +12=9-14, top fərqi – 38-35
“Zirə” son iki oyunda qələbə qazanıb. “Neftçi” son 4 ev matçında xal itirməyib.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
24 noyabr (bazar)
“Turan Tovuz” – “Sabah” - 9 oyun, +3=2-4, top fərqi – 13-12
“Turan Tovuz” son 5 qarşılaşmada qol vurub. “Sabah” son 3 görüşdə qalib gəlməyib.
“Sumqayıt” – “Şamaxı” - 44 oyun, +12=13-19, top fərqi – 45-61
Son 7 oyunda meydan sahibi olan tərəf uduzmayıb. “Sumqayıt” evdəki son 5 matçda qol vurub.



