"Atletiko"nun müdafiəçisi "Fənərbaxça"nın hədəfində

"Atletiko"nun müdafiəçisi "Fənərbaxça"nın hədəfində

 
0

"Atletiko" mövsümün sonunda Xose Mariya Ximeneslə yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, uruqvaylı futbolçunun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb..

"Fənərbaxça" Ximenesi transfer etmək istəyir. La Liqa nəhənginin 31 yaşlı mərkəz müdafiəçisini 10 milyon avro qarşılığında satmaağa hazır olduğu bildirilir.

Qeyd edək ki, "Atletiko" Xose Mariya Ximenesi 2013-cü ilin aprelində ölkəsinin "Danubio" klubundan 1 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli müdafiəçinin klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

PaylaşPaylaş

Şərhlər yüklənir...