
"Mingəçevir"in "Baku Sportinq" üzərindəki qələbəsi
0
Futbol üzrə Azərbaycan I Liqasında XVII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" Buzovna qəsəbə stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 32-yə yüüksəldən "Mingəçevir" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 33 xalı olan "Baku Sportinq" isə 2-ci yerdədir.
"Baku Sportinq" - "Mingəçevir" 0:1
Qol: Q.Əlizadə, 90+2



