Azər Bağırov: "Gəncədə oynamaq mənim üçün asan olacaq"

Azər Bağırov: "Gəncədə oynamaq mənim üçün asan olacaq"

 
0

"Kəpəz" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Turan Tovuz"a 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Neçə vaxtdır təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir. Qarşıda "Turan Tovuz"la çempionat matçı var. Ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini oynayacağıq. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçının, qapıçı məşqçisin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir.

- Ryonosuke Ohorinin zədəsi ciddidir?

- Həkimlər çox ciddi olduğunu demədilər. Tibbi müayinədən sonra daha dəqiq bilinəcək. Ayağında buraxılma oldu.

- Komandanın fiziki hazırlığında problem yoxdur?

- Xeyr. Heç bir problem yoxdur. Komandamızdə əzələ zədəsi yoxdur. Banın çiynində köhnə xroniki problem var. Buna görə onu start heyətində oynatmadıq.

- Kubokda mübarizəni dayandırdız, çempionatda komanda demek olar ki, hədəfə çatıb, yeni aşağı liqaya düşmək təhlükəsi yoxdur. Azarkeşlər iddiasız "Kəpəz" görmək istəmir. Növbəti mövsümdə artıq Gəncədə oynayacaqsız. Təzyiq altında oynamaq necə təsir göstərəcək?

- Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədir. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik.

- Sizə yeni müqavilə təklif olunub?

- Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq.

Elçin Əlixan

PaylaşPaylaş

Şərhlər yüklənir...