
Braziliya millisinin üzvü İngiltərədə qalacaq
0
"Aston Villa" "Yuventus"dan icarəyə götürdüyü Duqlas Luisin transfer hüquqlarına yiyələnəcək.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun performansı məşqçilər korpusunu qane edir. Bu barədə "JuventusNews24.com" saytı məlumat yayıb.
İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Aston Villa" Duqlas Luisi yanvarda icarəyə götürüb. Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



