Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

 
0

Albaniya Superliqasında pley-off oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" yarımfinalda “Partizani” ilə qarşılaşıb.Əliyevin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb. Reqlamentə əsasən bərabərlik olduğu halda ev sahibləri növbəti mərhələyə yüksəldiyinə görə "Eqnatiya" turu keçib.

Qeyd edək ki, "Eqnatiya" ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...