"Mən numerologiyanı sevirəm, hər yerdə "altılıqlar" var" -    Purtuqaliya millisinin baş məşqçisi

"Mən numerologiyanı sevirəm, hər yerdə "altılıqlar" var" - Purtuqaliya millisinin baş məşqçisi

 
0

Roberto Martínez Portuqaliya millisinin DÇ-2026-nı qazanmaq şansları barədə danışıb.

Sportal.az xəbər verir ki, o bildirib ki, ölkədə təzyiqdən çox ümid və həyəcan var. Komandada Kriştiano Ronaldo, Bruno Fernandes, Dioqo Kosta və Bernardo Silva kimi liderlər çıxış edir.

Martinez vurğulayıb ki, Portuqaliya hələ heç vaxt dünya çempionu olmayıb və bu, turnirin nə qədər çətin olduğunu göstərir. Buna baxmayaraq, o, komandanın buna qadir olduğuna inanır və pozitiv düşünməyə çağırır.

Baş məşqçi maraqlı şəkildə numerologiyaya da toxunub:

“Eusebio 1966-cı ildə dünya çempionatının bombardiri olub, 1965-ci ildə “Qızıl top” qazanıb. İndi isə 2026-cı ildir, hər yerdə "altılıqlar" var. Gəlin xəyal quraq, niyə də yox?”.

PaylaşPaylaş

Şərhlər yüklənir...