"Mançester Yunayted"dən 100 milyon funt-sterlinq tələb edirlər

"Mançester Yunayted"dən 100 milyon funt-sterlinq tələb edirlər

 
0

"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Klubu Balebanı satmağın əleyhinə deyil. Onlar 22 yaşlı dayaq yarımmüüdafiəçisi üçün 100 milyon funt-sterlinq tələb edirlər.

Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin yayında "Lill"dən 27 milyon avroya transfer edib. Kamerun millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 29 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...