"Liverpul" Ardaya yüksək məbləğdə maaş təklif etdi

"Liverpul" Ardaya yüksək məbləğdə maaş təklif etdi

 
0

"Real"ın yarımmüdafiəsi Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportalaz xəbər verir ki, "Liverpul" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

Mersisayd təmsilçisi Ardaya yüksək məbləğdə maaş təklif edib. Bundan başqa, "Liverpul" 21 yaşlı hücumameyilli yarımmüdafiəçiyə start heyətində oynamaq zəmanəti də verib.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan 28 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "kral klubu"nun forması ilə meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...