Mahir Emreli Almaniya klubu ilə müqavilə imzaladı -    FOTO

Mahir Emreli Almaniya klubu ilə müqavilə imzaladı - FOTO

 
0

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu "Kayzerslautern"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mahir 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mahir Emreli son olaraq "Nürnberq"də çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...