
"Madriddə yaşamaq istəyərdim" - "Real"ın maraqlandığı futbolçu
0
"Real"ın transfer siyahısında yer alan Entso Fernandes maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Madriddə yaşamaq istədiyini deyib:
"Madriddə yaşamaq istəyərdim. Möhtəşəm şəhərdir, mənə Buenos Ayseri xatırladır. "Real"la heç bir danışığımız olmayıb. Hazırda "Çelsi" ilə mövsümün qalan hissəsinə köklənmişəm. Dünya çempionatından sonra nələrin olacağını görəcəyik".
Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvarında "Benfika"dan 121 milyon avroya transfer edib. Argentina millisinin üzvü olan 25 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.



