İngiltərə millisinin sabiq hücumçusu baş məşqçi təyin olundu

İngiltərə millisinin sabiq hücumçusu baş məşqçi təyin olundu

 
0

İngiltərə millisinin və "Tottenhem"in sabiq hücumçusu Cermeyn Defo baş məşqçi təyin olunub.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Uokinq"i çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssis səviyyəcə 5-ci hesab edilən Milli Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Cermeyn Defo "Reyncers"də köməkçi məşqçi, "Tottenhem"in gənclər komandasında isə baş məşqçi kimi çalışıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...