
"Real" sabiq futbolçusunu qaytarmaq istəyir
0
"Osasuna"nın futbolçusu Viktor Munyos La Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Real" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Kral klubu" yayda 22 yaşlı oyunçu üçün 8 milyon avroluq geri satınalma bəndini işə salmağı planlaşdırır.
Qeyd edək ki, "Osasuna" Viktor Munyosu mövsümün əvvəlində "Real"dan 5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



