
"Bu layihənin mənası yox idi, biz bunu əvvəldən deyirdik" - "Barselona"nın prezidenti
0
Xuan Laporta "Barselona"nın Avropa Super Liqası layihəsindən çıxma qərarını şərh edib.
Sportal.az xəbər verir ki, Kataloniya klubu 7 fevralda layihədən ayrıldığını açıqlayıb, bundan sonra təşəbbüsdə yalnız "Real" qalmışdı. 11 fevralda isə Madrid klubu ilə UEFA arasında münasibətlərin yumşaldığı bildirilib.
Laporta deyib ki, çıxış qərarı layihənin artıq real məna daşımaması və həyata keçməməsi ilə bağlıdır:
“Biz onlara bunu əvvəldən demişdik. Bundan əlavə, UEFA Avropada futbolun davamlılığını artırmaq üçün tədbirlər görür.”
O həmçinin əlavə edib ki, nə Santiaqo Bernabeu-da, nə də "Barselona"nın VIP lojalarında heç bir gizli danışıqlar aparmayıb və münasibətlərin zamanla dəyişə biləcəyini vurğulayıb.



