Kriştiano Ronaldo bunu bacaran ilk futbolçu oldu

Kriştiano Ronaldo bunu bacaran ilk futbolçu oldu

 
0

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixi göstəriciyə imza atıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı forvard ardıcıl 22 il milli komandanın heyətində qol vuran ilk futbolçu olub.

"Əl-Nəsr"in futbolçusu UEFA Millətlər Liqası 1/4 final mərhələsinin Danimarka ilə cavab matçında (5:2) fərqlənib. Ronaldo 72-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ilin avqust ayında Portuqaliya yığmasında debüt edib. Ulduz futbolçu millinin heyətində ilk qolunu 2004-cü ildə Avropa çempionatının qrup mərhələsində Yunanıstana vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...