"Kəpəz"in futbolçusu üçün yubiley matçı

"Kəpəz"in futbolçusu üçün yubiley matçı

 
0

“Kəpəz”in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib. Rauf səfər matçına start heyətində çıxıb.

O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb. Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib. Qeyd edək ki, Premyer Liqada debütü 2019/20 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.

PaylaşPaylaş

Şərhlər yüklənir...