
II Liqa matçında 8 qol
0
Futbol üzrə Azərbaycan II Liqasında XXI tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə autsayder "Araz Saatlı" doğma meydanda "Ağstafa Gəncləri"ni 7:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, "Araz Saatlı" 11 xalla sonuncu-onikinci, "Ağstafa Gəncləri" isə 14 xalla onbirinci pillədə yer alıb.
II Liqa, XXI tur
6 aprel
"Araz Saatlı" - "Ağstafa Gəncləri" 7:1
Qollar: X.Bədirov, 30, 90, R.Rüstəmov, 48, M.Məsimov, 54, 68, N.Səmədov, 75, E.Xəlilli, 77



