
"Fənərbaxça"nın heyətində ciddi itki
0
Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin aparıcı oyunçularından olan Marko Asensio sıradan çıxıb.
İspaniyalı futbolçu Türkiyə çempionatının 28-ci turunun "Beşiktaş"la matçının 24-cü dəqiqəsindən dizindən zədələnərək meydanı tərk edib. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ayın 12-də "Kayserispor"la keçiriləcək səfər oyununda iştirak etməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.



