"Barselona" ilə oyundan əvvəl "Atletiko"da son durum

"Barselona" ilə oyundan əvvəl "Atletiko"da son durum

 
0

"Atletiko"nun üç futbolçusu UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Barselona" ilə ilk oyunundan öncə zədələrini sağaldıblar.

Sportal.az xəbər verir ki, bunlar qapıçı Yan Oblak, müdafiəçi Mark Pubil və yarımmüdafiəçi Rodriqo Mendosadır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hər üç futbolçu kollektivlə birlikdə məşq edir. Baş məşqçi Dieqo Simeone sans versə, onlar səfər matçında meydana çıxacaqlar.

Oblak və Pubil martın ortalarında, Mendosa isə ötən ayın əvvəlində zədələnmişdi.

Qeyd edək ki, "Barselona" - "Atletiko" qarşılaşması 8 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 14-də Madriddə təşkil olunacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...