"Harri Keyn oyun ritmini itirib" -    Kompani

"Harri Keyn oyun ritmini itirib" - Kompani

 
0

"Bavariya" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani mətbuat konfransında açıqlama verib. Belçikalı mütəxəssin zədədən yeni qayıdan Harri Keynin oyun ritmini itirdiyini bildirib:

"Sabah hər şey önəmli olacaq. "Santyaqo Bernabeu"da ilk dəfə baş məşqçi kimi iştirak edirəm, amma belə oyunlarda böyük təcrübəmiz var. Nəticə qismən taktikadan asılı olacaq. Lakin ilk növbədə xırda detallar və oyunçuların fərdi keyfiyyətləri həlledici rol oynayacaq. "Real"ı təhlil etmişik. Onların "Mançester Siti"yə qarşı nə etdiyini gördük. Bu, yəqin ki, oynaya biləcəyimiz ən çətin səfər oyunudur. Amma biz qalib gəlmək istəyirik. Harri Keynin bu gün çox məşq etməsi vacib idi. Düşünmürəm ki, o, oyun ritmini itirib. Sabahı gözləyəcəyik və sonra qərar verəcəyik. Qapıçı Sven Ulrayx istisna olmaqla, bütün futbolçular hazırdır. Çox güclü heyətimiz var və iki oyunluq qarşılaşmaya hazırıq".

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 15-də Münhendə baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...